Videoya baxdığı üçün arvadını VƏHŞİCƏSİNƏ DÖYƏN şəxs haqqında ŞOK QƏRAR

Videoya baxdığı üçün arvadını VƏHŞİCƏSİNƏ DÖYƏN şəxs haqqında ŞOK QƏRAR

Türkiyədə kişi həyat yoldaşını video izlədiyinə görə vəhşicəsinə döyüb.

BAXAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda 20 yaşlı Tülay.Y adlı qadın 1 il yarımdır ki, O.T ilə evlidir.

Tülay.Y mətbuata açıqlamasında toyunun səhərisi həyat yoldaşının onu vəhşicəsinə döydüyünü söyləyib:

"Bir il yarımdır ki, həyyat yoldaşımdan şiddət görürəm. Sonuncu dəfə 10 aylıq qızımı yatızdıran zaman telefonda videoya baxırdım. Bu zaman həyat yoldaşım otağa girdi və baxdığım videoda bir kişini görərək mənimlə mübahisə etməyə başladı. "Kişilərə niyə baxırsan?!" deyib gözümə yumruqla vurdu. Aldığım zərbə nəticəsində gözümün içi qanla doldu. İki gün sonra həyat yoldaşım marketə gedən zaman qonşudan yardım istəyərək polisə müraciət etdim".

Polislər tərəfindən saxlanılan O.T bir müddət sonra sərbəst buraxılıb.

Həyat yoldaşının ifadə verdikdən sonra sərbəst buraxılmasına etiraz edən Tülay qadınlarını vəhşicəsinə döyən kişilərin sərbəst buraxılmasının çox üzücü olduğunu deyib:

"1 il yarım məni döyən həyat yoldaşımın cəzalandırılmasını istəyirəm. Hazırda mənim və ailəmin həyatı təhlükədədir".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR