Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü

Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü

Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində gecə saatlarında kafedə dava düşüb.

Milli.Az Pravda-ya istinadən bildirir ki, "Bakı" kafesində onlarla insanın iştirakı ilə baş verən atışma nəticəsində 39 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.

Belə ki, həmin şəxslər aralarındakı münaqişəni həll eləmək üçün görüşsələr də razılığa gələ bilməyiblər və onların arasında atışma başlayıb.

Atışmaya bir müddət əvvəl Peterburqun Nevski rayonunda azərbaycanlılar arasında yaşanan münaqişənin səbəb olduğu ehtimal edilir.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR