Deputatdan Xocalıya hörmətsizlik - QAÇDI

Deputatdan Xocalıya hörmətsizlik - QAÇDI

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, yerli erməni terror dəstələri, Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etmiş və azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir.
İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla cəmi 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər mülki əhali yaralanmış, 1275 nəfər Xocalı sakini isə girov götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bugün Xocalı soyqırımının 29-cu ildönümüdür. Səhər saatlarından sakinlər, şəhid ailələri, qazilər "Ana Harayı" abidəsini ziyarət edir. Ziyarət edənlər arasında deputatlar, nazirlər də var. "Ana Harayı" abidəsini ziyarət etməyə gələnlərdən biri də Milli Məclisin deputatı Ramin Məmmədovdur. Jurnalistlərin təkidinə baxmayaraq, o,  jurnalistlərə açıqlama verməyib və hörmətsizlik edərək ərazini tərk edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR