BAP bəyanat yaydı

BAP bəyanat yaydı

Böyük Azərbaycan Partiyasının

Bəyənatı

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, yerli erməni terror dəstələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etmiş və azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir.
İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla cəmi 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər mülki əhali yaralanmış, 1275 nəfər Xocalı sakini isə girov götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələri, yerli erməni silahlı terror dəstələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə dinc azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisəsi olmaqla, həm də insanlıq əleyhinə törədilmiş çox ağır cinayət hadisəsidir. Təəssüflər olsun ki, bu soyqırımı həyata keçirən Ermənistan dövləti, onun rəhbərliyi və icraya birbaşa rəhbərlik edənlər, onu törədənlər indiyədək layiq olduqları cəzanı almamışlar.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Böyük Azərbaycan Partiyası  Xocalı soyqırımı hadisəsini həm etnik azərbaycanlılara, həm də insanlığa qarşı törədilən vəhşi cinayət hadisəsi  kimi qəbul edir, ermənilər tərəfindən törədilmiş bu ağır cinayət nəticəsində insan hüquq və azadlıqları ilə əlaqədar bütün sənədlərin və konvensiyaların tələblərinin kobud surətdə tapdandığını qeyd edərək BMT başda olmaqla bütün beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti və dövlətləri azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını insanlıq əleyhinə törədilmiş cinayət kimi tanımağa  və  bu cinayəti törədənləri ən ağır surətdə  cəzalandırmağa çağırır.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR