Qarlı havada baş verən qəzaların sayı açıqlandı

Qarlı havada baş verən qəzaların sayı açıqlandı

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

BAXAR.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib.

“Eyni zamanda paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda süni tıxaclar yaratdı”, - V.Əsədov vurğulayıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR