GAP sədri Azəriqazın fəaliyyətin DƏYƏRLƏNDİRDİ

GAP sədri Azəriqazın fəaliyyətin DƏYƏRLƏNDİRDİ

"Qar bir daha açıq olaraq göstərdi ki, Bakımızın problemi təkcə Hacıbala Abutalıbov deyildir. Yeni mer Eldar Əzizov və komandası da görünür qışa hazır deyildir. Bu isə sözün həqiqi mənasında biyabırçılıqdır! "

Bu sözləri Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu deyib.

"Dünəndən etibarən Bakımıza illərdir həsrətində qaldığımız qar yağdı. Qarın yağması ilə də problemlər gəldi. Artıq bir sıra ərazilərdə yanğınlar, avtomobil qəzaları yaşanmaqdadır. 

Qar bir daha göstərdi ki, yollarımız standartlara cavab vermir. Çox saylı enişli-yoxuşlu yollarımız, kəskin döngələrimiz, milyardlar xərclənmiş körpülərimizin bir çoxu standartlara uyğun deyildir. 

Azərişıq ASC-nin fəaliyyətindən isə ümumiyyətlə danışmaq olmur. Vəziyyət biyabırçı səviyyədədir! Şəhərin bir çox yerində elektirik verilməsi dayandırılıb. Xalqı bu soyuqda işıqsız qoymaq üçün ya bacarıqsız, ya da çox həyassız olmaq gərəkdir... 

İctimai nəqliyyatın hava şəraiti ilə bağlı sürətli işləyə bilməməsi soydaşlarımızın küçələrdə qalmasına səbəb oldu. Düşünürəm ki, Operativ Qərərgah öz “operativliyini” indiki zamanda göstərməli, yaranmış şəraitə uyğun olaraq təcili Bakı Metrosunun açılması haqqında təcili qərar qəbul etməlidir. 

Hesab edirəm ki, Dövlət Yol Polis İdarəsinin əməkdaşları başda olmaqla vətəndaşları tibbi maska taxmadığına görə addımbaşı cərimə edən Post-patrul əməkdaşları da küçələrdə olmalı, yolların nizamlanmasını təmin etməlidirlər. Heç şübhəsiz ki, Polis əməkdaşlarının işi təkcə cərimə yazmaqdan ibarət deyildir. 

Azəravtoyol ASC-nin fəaliyyətinin olub-olmaması isə hiss olunmur. Görünür yolları təmizləməli olan texnikaları Azəravtoyolun həyətinə toplamaqla hörmətli Azəravtoyol rəhbərliyi öz işini bitmiş hesab edir... 

Qar bir daha açıq olaraq göstərdi ki, Bakımızın problemi təkcə Hacıbala Abutalıbov deyildir. Yeni mer Eldar Əzizov və komandası da görünür qışa hazır deyildir. Bu isə sözün həqiqi mənasında biyabırçılıqdır! 

Qarın gətirdiyi problemlərlə yanaşı müsbət hallar da var. Bu müsbət hallardan biri isə Azəriqaz İstehsalat Birliyi ilə bağlıdır. Bəlkə də bu ilk olaydır ki, belə ağır hava şəraiti olmasına baxmayaraq hər kəsin evində qaz yanır. İlk dəfədir ki, mən sosial şəbəkələrdə, mediada və insanlarla söhbətlərdə qaz probleminin olmasını eşitmirəm. Bu isə onun göstəricisidir ki, sözün həqiqi mənasında bu qurum qışa hazırlaşaraq öz vəzifəsini layiqincə yerinə yetirməkdədir. Bu həm də onun göstəricisidir ki, heç də dəyişmiş bütün məmurlar bərabər işləmir. Ən azından bərabər işləmiş olsaydı Azəriqaz İstehsalat Birliyindən başqasını da görmüş olardıq... Buradan Ruslan Əliyevə uğurlar diləyir və sükanı hər zaman belə saxlamağı arzu edirəm. Ümid edirəm ki, bu qurumun fəaliyyəti digərlərinə də uğurlu örnək olacaqdır..."

antv.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR