"Əvvəllər cibə narkotik atırdılar, indi isə feyk məlumatla "ilişdirirlər"

“Ölkədə bu adamın xeyli əsir problemi var, amma deyəsən, o, bununla heç məşğul olmaq fikrində deyil. Onun yerinə müttəfiq Rusiya Azərbaycanla əsir problemini həll etməyə çalışır. Necə olar bilər ki, bu qədər uzaqgörən olmayasan? Bu əsirlərin taleyi haqqında fikirləşməyəsən?”

Bu sözləri “Adekvat” Partiyasının üzvü Lilit Tumanyan keçirdiyi brifinqdə jurnalistlərə bildirib. O, jurnalistin Paşinyanın “İskəndər” taktiki raketinin partlamaması haqqında sualını şərh edərkən bildirib ki, Nikol belə açıqlamalarla erməni əsirlərin taleyini təhlükə altına qoyur.

Tumanyan əlavə edib ki, belə açıqlamaları ilə Paşinyan Ermənistanda antirus təbliğatını gücləndirir. “Yəqin ki, Rusiyanın belə bir bəyanata cavabı gecikməyəcək. Bu isə özünü erməni əsirlərinin geri qaytarılmaması məsələsində göstərəcək”.

Digər tərəfdən, ekspert vurğulayıb ki, Nikolun belə tipik, boşboğaz bəyanatları hansısa məqsədlərə xidmət edir.

Görünən odur ki, Nikol məqsədlərinə çatmaq üçün feyk məlumatlar yaymaqla siyasi rəqiblərini çaşdırır və suyu bulandırmaqla “balıq tutur”.

“Bir insanı tutmaq üçün əvvəllər ciblərinə narkotik atırdılar, indi isə saxta məlumatlarla “ilişdirirlər””, – deyə Tumanyan bildirib.

Natiq Səlim,

KONKRET.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR