"Heçmi utanmayacaqsınız İqbal Məmmədov? Bəs vətən, vicdan, ləyaqət?"

Aslan Həmidli: "Heçmi utanmayacaqsınız İqbal Məmmədov? Bəs vətən, vicdan, ləyaqət?"

Baxar.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib.

"Relax"da Xocalı soyqırımını belə "anacaqlar": Konsert, diskoteka və əyləncə proqramları ilə...

Deputat İqbal Məmmədova məxsus “Relax” İstirahət Mərkəzi fevralın 26-sı və 27-i xüsusi kampaniya elan edib. 

26 fevralda belə bir proqramla çıxış etmək Azərbaycan tarixinə, onun ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı nəticəsində şəhid olan insanlarımızın ruhuna açıq hörmətsizlikdir! 

Heç mi utanmayacaqsınız, İqbal Məmmədov? Bəs vətən, vicdan, ləyaqət? 

İqbal Məmmədovun oğlu da iki il qabaq “Relax” istirahət mərkəzində vergi müfəttişlərini döydü və tutulmaq əvəzinə azadlığa buraxıldı. Təbii ki, belə cəzasız qalan insanlardan hər bir işi gözləmək olardı, amma bu qədər həyassızcasına tərbiyyəsizlik gözləmirdim...


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR