Sarkisyan Azərbaycana gələcək: Həkimlər icazə versə...

Sarkisyan Azərbaycana gələcək: Həkimlər icazə versə...

Ermənistan Prezidenti Armen Sarkisyanı Azərbaycanla sərhədin demarkasiyası işləri, xüsusilə, Sünikdəki sərhədyanı yaşayış məntəqəsinin təhlükəsizliyi ilə bağlı situasiya narahat edir.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Prezident Administrasiyası yayıb.

Sərkisyan sərhədlərin demarkasiyasının GPS və digər oxşar sistemlərin köməyi ilə həyata keçirilməsinin yolverilməz olduğunu bildirib.

Administrasiya, həmçinin həkimlərin icazəsindən sonra Armen Sərkisyanın Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının məsuliyyət zonasına gələcəyini açıqlayıb.

Qeyd edək ki, A.Sərkisyan koronavirusa yoluxub və nədənsə, xeyli müddətdir “sağalmır”


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR