FHN məcburi köçkünlərin binasındakı yanğınla bağlı daha bir məlumat yaydı

FHN məcburi köçkünlərin binasındakı yanğınla bağlı daha bir məlumat yaydı

 BAXAR.AZ   xəbər verir ki  , fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

 

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, paytaxın Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanıb.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR