Qarlı və şaxtalı hava nə qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA - FOTO

Qarlı və şaxtalı hava nə qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA - FOTO

"Azərbaycana soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb. Bakı və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb".

 BAXAR.AZ  xəbər verir ki, bunu  Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

O əlavə edib ki, ən çox qar isə respubalikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb ki, burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb:

"Bu proses gücülü külək və çovğunla müşahidə olunub. Küləyin maksimal sürəti rayonlarda 28 m/s, Bakı və Abşeron yarımadasında isə 25-28 28 m/s çatıb ki, bu da açıq dənizdə dalğanın 6 metrə qədər inkişafına qədər səbəb olub.

Respublika ərazisində gün ərzində əlverişsiz hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Ayın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək"


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR