Bu şəxslər həbs olunacaq - YENİ QƏRAR

Bu şəxslər həbs olunacaq - YENİ QƏRAR

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

BAXAR.AZ - ın xəbərinə görə, dəyişikliklə avtoxuliqanlıq hərəkətlərini yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə iki ay müddətə inzibati həbs tətbiq olunacaq.

Belə ki, məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin (avtoxuliqanlıq) yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR