“Paşinyanın atəş əmri verməyə cürəti çatmaz” – Müxalifət lideri baş nazirə meydan oxudu

“Paşinyanın atəş əmri verməyə cürəti çatmaz” – Müxalifət lideri baş nazirə meydan oxudu

"Paşinyan hakimiyyətinin buna cürəti çatmaz”.

 

BAXAR.AZ   xəbər verir ki, Ermənistan müxalifətinin  baş nazir postuna  namizədi Vazgen Manukyan jurnalistlərə verdiyi müsahibədə hakim partiyadan olan millət vəkili, komissiya rəhbəri Andranik Köçəryanın "müxalifət binaları ələ keçirməyə niyyətlidirsə, hakimiyyətin atəş açmaq hüququna malik olduğunu da gözə almalıdır” bəyanatına reaksiyası belə olub. 

 

"O (Paşinyan - red.) hakimiyyəti əlində saxlamaq üçün bu addım barədə düşünür. Amma bunu bacarmaz, bunu etməyə cürəti çatmaz”,- deyə  Vazgen Manukyan bildirib.

 

 

Bəyanatına cavab olaraq cinayət işinin açılmasına  münasibət bildirən Manukyan qeyd edib ki, bu cür halla qarşılaşdığı ilk dəfə deyil. "Təbii ki, hazırkı iqtidar bu addımı atmalı idi" ,-deyə  Vazgen Manukyan vurğulayıb.

 

Mənbə: News.am


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR