SON DƏQİQƏ! İtkin düşmüş əsgərimizin şəhid xəbəri gəldi

SON DƏQİQƏ! İtkin düşmüş əsgərimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.

BAXAR.AZ -ın məlumatına görə, adı Vətən müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rafapovun şəhid olduğu təsdiqlənib.

5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimiz bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Ə. Rafapov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub.

Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rafapov Gəncədə anadan olub. Uşaq  yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb.

Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR