Dərslər iyulun 1-dək UZADILA BİLƏR- AÇIQLAMA

Dərslər iyulun 1-dək UZADILA BİLƏR- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son günlərin ən aktual mövzulardan biri məhz orta məktəblərin pandemiya səbəbilə yenidən bağlanmaya gedilməsi ilə əlaqədardır. Dünyada koronavirusun yeni ştamının yayılması xəbəri Azərbaycanda da məktəblərin yenidən qapadılcağı məsələsini gündəmə gətirir.

Bununla bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb:

Əslində tədrisin yenidən dayandırılması fikri yoluxmadan çox psixoloji amillə bağlıdır. Etiraf edək ki, insanlar arasında müəyyən narahatlıqlar var. Buna baxmayaraq, yoluxma statistikasına baxanda görmək olur ki, elə də təhlükəli məqam yoxdur.

Bakının Xətayi, Nərimanov, Səbayıl, Binəqədi rayonlarında özüm şəxsən monitorinqlər aparıram. Bu şagirdlərin tədris prosesindəki iştirakı, həmçinin iltizamla bağlıdır. Müqayisə aparanda görürəm ki, şagirdlərin dərs prosesindəki iştirakı, əhval-ruhiyyəsi daha yüksəkdir. Müəllimlər arasında isə, xüsusən də bölgələrdə dərs prosesində iştirakla bağlı əhval- ruhiyyə sentyabr ayındakı kimi deyil. Müəllimlər müəyyən qədər dərslərin daha çox onlayn qaydada keçirilməsinin tərəfdarıdırlar. Bu yaxşı tendensiya deyil.

Dünyanın 61 ölkəsində tədris prosesi bərpa edilib. Məktəblərdə yenidən qapanmalara gedilməsi üçün kütləvi yoluxma halları olmalıdır. Hazırda ölkədəki müəlllimlər arasında yoluxmalar olur. Həmin vaxt müəllim dərsdən təcrid olunur.

Qapanmaların özü də planlı şəkildə həyata keçirilir. Yəni proses proqnozlaşdırılır, sonra qapanmalara gedilir. 11-ci sinif şagirdləri bu il məktəbə getmədən məzun olacaqlar. 9- cu siniflərin tədrislə bağlı problemləri var. İbtidai siniflərdə isə proqram tam çatdırılmayıb. Bu siniflərdə tədrisin uzadılması ola bilər.

Qapanma çıxış yolu deyil. Tədris prosesində yoluxma çoxalan kimi məktəbləri bağlamaq, azalan kimi açmaq kimi proses olmamalıdır. Biz məsələdə yoluxmuş şəxsləri müəyyənləşdirməliyik. Dərslər isə iyulun 1-dək uzadıla bilər, amma biz bu zaman keyfiyyətli təhsildən danışa bilmərik.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR