SON DƏQİQƏ - Tərtərdə mülki şəxs minaya düşdü
Tərtərdə mülki şəxs minaya düşüb.
Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb.
Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.