"Ermənilər minalanmış ərazilərin xəritəsini vermirlər deyə davaya başlayası deyilik"

"Çox güman ki, Rusiyanın aiddiyatı orqanlarında ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bir nüsxəsi saxlanılır".

Bunu Pravda.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, Rusiya Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsi üçün təsirədici qüvvə kimi çıxış edə bilər.

Partiya sədrinin sözlərinə görə, əgər  xəritə verilmirsə, Azərbaycan tərəfi öz gücü və dost dövlətlərin dəstəyi hesabına əraziləri minalardan təmizləməlidir: "Əks halda, onlar xəritə vermirlər deyə yenidən davaya başlayası deyilik. Hətta xəritə verildiyi halda belə, yenə də yoxlanış aparmaq vacibdir, onların təqdim etdiyinə güvənmək olmaz.

Hesab edirəm ki, bu məsələdə Rusiyanın bizə kömək etmək imkanı var. Çox güman ki, Rusiyanın aiddiyatı orqanlarında minalanmış ərazilərin xəritəsinin bir nüsxəsi saxlanılır. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi Rusiya rəhbərliyinə müraciət edə bilər".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR