Bakıda polis intihara cəhdin qarşısını aldı

Bakıda polis intihara cəhdin qarşısını aldı

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında gənc qadın intihara cəhd edib.

Bildirilir ki, yaşı təxminən 35 olan Aynurə adlı qadın Əli Vəliyev 7 ünvanında yerləşən 9 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Əraziyə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Qadın polis əməkdaşlarının səyi nəticəsində fikrindən daşındırılıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.


Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR