Ermənistandakı rus hərbi bazası Azərbaycanla sərhədə köçürülür

Ermənistandakı rus hərbi bazası Azərbaycanla sərhədə köçürülür

“Yerevan və Moskva Ermənistanın şərqində 102-ci Rusiya hərbi bazasının müəyyən bir hərbi birləşməsinin yenidən yerləşdirilməsi ehtimalı üzərində işləyir”.

BAXAR.AZ   xəbər verir ki, bu barədə “RIA Novosti”yə açıqlamasında Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

Həmçinin o bildirib ki, Ermənistandakı rus sərhədçilərinə əlavə vəzifələr həvalə olunur.

“Həqiqətən, Rusiya sərhədçilərinə Ermənistan Respublikasının Azərbaycanla sərhədinin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlavə funksiyalar həvalə edilib. Şübhə etmirəm ki, dövlətlərimizin sərhəd xidmətləri arasında sıx və təsirli qarşılıqlı əlaqə mövcuddur. Ermənistandakı rus sərhədçilərinə verilən bütün tapşırıqların ən yüksək səviyyədə yerinə yetiriləcəyinə əminəm”, – Arutyunyan qeyd edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR