“İnter” Milan derbisindən üç qol və üç xalla ayrıldı - VİDEO

“İnter” Milan derbisindən üç qol və üç xalla ayrıldı - VİDEO

İtaliya A seriyasının XXIII turu Milan derbisi ilə əlamətdar olub.

Şəhərin eyniadlı komandası doğma “San Siro”da əzəli və əbədi rəqibi “İnter”i qəbul edib.

Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşmış komandaların oyununda nominal qonaqlar inamlı qələbəyə seviniblər. “Neradzurra” Lautaro Martinezin dublu və Lukakunun bir qolu ilə 3:0 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə xal hesabını 53-ə yüksəldən “İnter” liderliyini davam etdirib. “Milan” isə 49 xalla onun əsas izləyicisi rolunda qalıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR