Deputatın köməkçisi doğum gününü hospitalda qazilərlə birgə qeyd edib

Deputatın köməkçisi doğum gününü hospitalda qazilərlə birgə qeyd edib

Millət vəkili Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev doğum gününü 2-ci Qarabağ müharibəsinin qaziləri ilə qeyd edib. 

BAXAR.AZ xəbər verir ki, Ehtiram Mehdiyev bu addımı ilə cəmiyyətdə qazilərə olan diqqətin bir qədər də artırılmasına səbəb olub. O bildirib ki, indiyədək keçirdiyi ən gözəl doğum günü bu gün olub:

"Bu gün doğum günümü hospitalda qazilərimizlə qeyd etdim. İmişlidən olan qazi Həşimov Qismət zəng edib ağrılarının kəskinləşdiyini bildirmişdi. Qərara gəldim ki, həm onu yoxlamağa gedim, həm də doğum günümü qazilərimizlə qeyd edim. Həqiqətən də bu mənim üçün ən gözəl doğum günü oldu. Palatada yatan Sumqayıtdan olan qazi Cahangirlə, Cəlilabaddan olan Qasımov Rahimlə, Oğuzdan olan Mabudlu Şabanla, Goranboydan olan Məmmədov Vüsalla gözəl vaxt keçirdik. Onlara diqqət və qayğı göstərmək bizim borcumuzdur."

BAXAR.AZ kollektivi olaraq biz də doğum günü münasibətilə Ehtiram Mehdiyevi təbrik edirik!

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR