Azərbaycanlı deputatlar İlham Əliyevə qarşı

Azərbaycanlı deputatlar İlham Əliyevə qarşı

Koronavirus pandemiyasına görə, ölkə ərazisində 2020-ci ilin martın 24-dən tətbiq olunan karantin rejimi bitmək bilmir. Buna səbəblərdən biri isə insanların qaydalara riayət etməməsidir.

BAXAR.AZ xəbər verir ki, bu müddət ərzində minlərlə sakin pandemiyanın tələblərini pozduğuna görə məsuliyyətə cəlb olunub. Məsuliyyətə cəlb olunanlar arasında siyasi partiya rəhbərləri, fəallar, jurnalistlər də var. Pandemiya dövründə insanların açıq havada belə tibbi maskadan istifadəsi məcburidir.

Milli Məclisin üzvləri isə cərimələrin dəfələrlə artırılması səbəbi ilə qərarlar qəbul edib. Prezident İlham Əliyev özü də vətəndaşlara müraciət edərək özlərini və ətraflarını qorumalarını tələb edib. Bu gün isə sosial şəbəkələrdə deputatların heç bir tibbi maskadan istifadə etmədiyi görüntülər yayılıb. Jurnalistlər isə bu fotoları paylaşaraq deputatların cəzalandırılmalarını tələb edirlər.

Qanunları pozan deputatlar arasında Milli Məclisin sədrinin 1-ci müavini Adil Əliyev, Mixail Zabelin, Əli Hüseynli və cəmiyyətin də tanımadığı bir neçə deputat var.

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR