Marketdən evinizə gətirdiyiniz

Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" - XƏRÇƏNG YARADIR VƏ...

Gündəlik həyatımızda istifadəsinə üstünlük verdiyimiz yağlar haqqında təhlükəli xəbərlər onları daha diqqətli seçməyimizi labüd edir.

BAXAR.AZ redaktor.az - a istinadən xəbər verir ki , sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın orqanizmin enerji mənbəyi hesab olan bu maddənin növlərini, istifadə qaydalarını və diqqət etməli olduğumuz məqamları haqqında məsləhətlərini təqdim edir.

Yağlardan istifadə zamanı nəyə diqqət etmək lazımdır?

Qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün ümumi yağın 70%-i heyvan, 30%-i isə bitki yağı olmalıdır.  Yağların isti emal zamanı qidalıq dəyərlərinin dəyişilməsi temperaturdan və isti emalın davametmə müddətindən asılıdır. Bunlar artıq olduqda, bioloji aktiv maddələrin artmasına səbəb olur.

200°C-dən yuxarı temperaturada qızdırdıqda və dəfələrlə istifadə edildikdə, yağlar kansoregen olur və bəd şişlər əmələgətirmə qabiliyyətinə malik olur. 20-30 q bitki yağı, insan orqanizminin doymamış yağ turşusuna olan gündəlik tələbatını ödəyir. Onların çatışmaması orqanizmin inkişafını zəiflədir və sağlamlığa mənfı təsir göstərir. Onların qida rasionunda gündəlik norması sutkada tələb olunan kaloriliyin 1%-ni, yaxud 7-8 qram təşkil edir.

Hansı yağı seçmək lazımdır?

Bu gün bazarlarda “bitki yağı” adı altında tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları kifayət qədərdir. Bir çox Avropa ölkələrində qadağan olunmasına baxmayaraq, ucuz olması səbəbindən dünyanın bir çox ölkəsində həmin yağ qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Palma yağı otaq temperaturunda bərkiyir və digər yağlarla yaxşı qarışır. O, günəbaxan yağı kimi yüksək temperaturda xarab olmur. 

Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir - tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.

İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmağa çalışsalar da, aparılmış araşdırmalar nəticəsində dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər. Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı "pis xolesterini" artırır.

Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, eyni zamanda ekologiyaya da ciddi ziyan vuraraq  tropik meşələrin  məhvinə səbəb olur.

Beynəlxalq təşkilatlar zərərli yağlara qarşı hansı tədbirlər görüblər?

Hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib. Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb. Bu cür artımın səbəblərindən biri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər. Məhz həmin istehsalçılar tərəfindən istehlakçıları aldatmaq məqsədilə palma yağının orqanizmə faydaları haqqında bir çox saxta məlumatlarla dolu məqalələr də dərc olunub. Hətta bu mövzulu doqquz məqalədən dördünün Malayziya Kənd Təsərrüfatı Nazirliyinin sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları tərəfindən hazırlanması belə aşkar edilib.

İnqridiyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər. Sadəcə "bitki yağı kimi" yazılması ən böyük hiylələrdən biri hesab oluna bilər. Odur ki, yağ seçərkən diqqətli olun.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR