SON DƏQİQƏ! Operativ Qərargah buna icazə verdi

SON DƏQİQƏ! Operativ Qərargah buna icazə verdi

Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb.

Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun verdiyi məlumata görə, yığmanın məşq etməsi üçün razılıq alınıb.

Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda seçmə mərhələnin III turunda Moldavanı qəbul edəcək. Martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Yığma iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.

report.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR