"Cavid Qurbanov da həbs ediləcək"

Azərbaycanda son 1 ildə xeyli sayda icra başçısı, sabiq məmur və vəzifəli şəxslər hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. 

Lakin həbslər davam etdikcə korrupsiya, rüşvət halları da onunla bərabər davam edir - bunu ölkədəki müstəqil siyasətçilər bildirir.

Bəs, həbslər çıxış yoludurmu? Sualımızı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev cavablandırıb. O bildirib ki, həbslər yeganə çıxış yolu deyil:

"Əvvəla, hüquq-mühafizə orqanlarının bu əməllərini dəstəkləyirəm. Ölkədə vətəndaşın, dövlətin qəpiyini belə mənimsəyən şəxslər vəzifəsindən asılı olmayaraq cəzasını almalıdırlar. Əməliyyat çəkilişlərindən də görmüşük ki, həbs olunan şəxslərin seyflərindən hansı miqdarda pullar çıxır. Bu pullar kimindir? Təbii ki, sadə Azərbaycan vətəndaşının - jurnalistin, siyasi fəalın, polisin, həkimin, hamımızın. Amma, həbslərlə kifayətlənmək olmaz, ölkədə köklü islahatlara ehtiyac var, real islahatlar aparılsa, əminəmki rüşvət və korrupsiyanın kökü tamamilə olmasa da, kifayət qədər kəsilər. 

Həmçinin, həbslər yekunlaşmamalı, əməliyyatlar davam etdirilməlidir. Tam məsuliyyətlə deyirəm ki, bu gün dövlət qurumlarında, şirkətlərində ciddi yoxlamalara ehtiyac var. İstər ADY-də, istər SOCAR, istərsə AZAL, istərsə də digər qurumlarda yoxlamalar aparılsa, əmin olun ki, onların rəhbərləri də həbs olunacaq."

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR