ÜST koronavirusun necə meydana gəldiyini izah etdi

ÜST koronavirusun necə meydana gəldiyini izah etdi

Ümumdünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupunun üzvü Dr. Piter Dasak koronavirusun Cənubi Çin və Cənub-Şərqi Asiyadakı yarasalar tərəfindən yayıldığını bildirib.

Qazet.az xəbər verir ki, o, bu barədə “New York Times” qəzatinə açıqlamasında deyib.

“Yarasalar ya fermalardan birinin işçilərinə, ya sakinlərə, yaxud donuz, su samuru, su quşları və gürzələrə yoluxdurmuş ola bilər”.

“New York Times” ilə söhbətində Dasak nəticələrin ümumiləşdirilməsi zamanı çinli alimlərin əksəriyyətinin ÜST-ün missiyasında iştirak etdiyini qeyd edib. Eyni zamanda, mütəxəssislər koronavirusun laboratoriyadan sızma yolu ilə meydana çıxma ehtimalını az hesab ediblər.

Xatırladaq ki, koronavirusun meydana gəlməsinin səbəblərinin araşdırılması 14 yanvarda Uhanda başlayıb. ÜST-ün bir qrup nümayəndəsi xəstəxanalar, bazarlar və s. daxil olmaqla bir çox yeri gəzib. Bundan sonra mütəxəssislər infeksiyanın bir ara ötürücüsünsün olduğu qənaətinə gəliblər.

Tədqiqatlar davam edəcək.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR