Misirdə dünyanın ən qədim “pivə zavodu” aşkarlanıb

Misirdə dünyanın ən qədim “pivə zavodu” aşkarlanıb

Misirin cənubunda dünyanın ən qədim pivə istehsalı müəssisəsinin qalıqları aşkar olunub.

TASS Misirin Turizm Nazirliyinə istinadən xəbər verir ki, arxeoloqlar Metyu Adams (Nyu-York Universiteti) və Debora Fişakın (Prinston Universiteti) başçılıq etdikləri ekpedisiya tərəfindən aşkar olunan tapıntı ölkənin Abidos adlanan ərazisində üzə çıxarılıb.

Pivə müəssisəsinin e.ə.3100-3000-ci illərə aid olduğu bildirilir.

Burada, eyni zamanda 22400 litr pivə istehsal olunub.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR