Mahir Emreli:

Mahir Emreli: "Qolu mən vurdum, mən!"

Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirilən "Qarabağ" - "Neftçi" matçının 58-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bərabərlik qolu vulduqdan sonra qapı qarşısında qarışıqlıq yaranıb. Görüşün baş hakimi Elçin Məsiyev isə epizodu dəqiqləşdirmək üçün yan xətt hakimin yanına gedib.

Bu zaman "Qarabağ"ın hücumçusu Mahir Emreli "qolu mən vurdum, mən!" deyərək onlara müraciət edib.

Mahirin komanda yoldaşı Kevin Medina da əli ilə forvardı işarə edərək hesabı onun bərabərləşdirdiyini deyib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR