Fransada şaxta səbəbindən “narıncı” təhlükə səviyyəsi elan edilib

Fransada şaxta səbəbindən “narıncı” təhlükə səviyyəsi elan edilib

Fransalı sinoptiklər şaxta və buz yağışları səbəbindən ölkənin 17 departamentində hava təhlükəsinin sondan əvvəlki (“narıncı”) səviyyəsini elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Meteo France” milli meteorologiya xidməti məlumat yayıb.

Meteoroloqların verdiyi məlumata görə, şənbə günü səhər saatlarında Strasburqda havanın tempraturu -7, Paris, Tur və Burjedə -4 dərəcəyə qədər düşüb. Gün ərzində isə Ob, Yonna, Yuxarı Marna və Kot d`Or departamentlərində havanın tempraturunun -2-0 dərəcə selsi olacağı gözlənilir. “Meteo France”dan qeyd ediblər ki, ölkənin bir çox bölgəsində aşağı temperatur bazar gününə qədər davam edəcək.

Bildirilib ki, bazar gününə keçən gecə Fransanın bəzi bölgələrində tempratur -14 dərəcə selsiyə qədər düşəcək, buz yağışları yağacaq. Vəziyyət fevralın 14-də də, demək olar ki, eyni qalacaq.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR