Rəcəbovun Aronyanla görüşü başa çatdı!

Rəcəbovun Aronyanla görüşü başa çatdı!

Qrossmeysterimiz Teymur Rəcəbovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla görüşü baş tutub.

Offsideplus.az xəbər verir ki, tərəflər oyundan heç-heçə ilə ayrılıblar - 0,5:0,5.

Təmsilçimiz əvvəlki 14 görüşünün cəmi 1-dən qalib ayrılıb, qalanlarının hamısını heç-heçə ilə bitirib. Ermənistan şahmatçısı isə matçlarından 5 qələbə, 6 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

"Opera Euro Rapid"

8 fevral
XI tur: Teymur Rəcəbov - Dinq Liren (Çin) - 0,5:0,5
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR