Droqbanın oğlu İtaliya klubu ilə müqavilə bağladı

Droqbanın oğlu İtaliya klubu ilə müqavilə bağladı

Kot d İvuar millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək.

"Report" xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyasında (səviyyəcə 4-cü liqa) çıxış edən "Folqorye Karateze" komandasına keçib.

Gənc forvardla imzalanmış müqavilənin detalları imzalanmayıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə anadan olan İsaak Droqba "Çelsi" futbol akademiyasının yetirməsidir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR