Türk futbolçu Premyer Liqada ayın oyunçusu seçilə bilər

Türk futbolçu Premyer Liqada ayın oyunçusu seçilə bilər

Növbəti həftənin ilk günü İngiltərə Premyer Liqasında yanvar ayı üzrə ən yaxşı futbolçunun adına aydınlıq gələcək.

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının saytında məlumat verilib. Namizədlər arasında 8 futbolçunun adı var ki, Almaniya millisinin əslən türk futbolçusu İlkay Gündoğan da onlardan biridir: Kreyq Douson ("Vest Hem"), Cek Qriliş ("Aston Villa"), Ceyms Meddison ("Lester"), Mateus Pereyra ("Vest Bromviç"), İlkay Gündoğan, Con Stounz (hər ikisi "Mançester Siti"), Bernd Leno, Bukayo Saka (hər ikisi "Arsenal").

Qeyd edək ki, səsvermə fevralın 8-nə qədər davam edəcək. 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR