Kimsəsiz uşaqlar iş adamlarına satılıb - DƏHŞƏTLİ FAKT

Kimsəsiz uşaqlar iş adamlarına satılıb - DƏHŞƏTLİ FAKT

Almaniyanın Speyer şəhərində monastırda çalışan rahibələrin kimsəsiz uşaqları iş adamlarına satdıqları ilə bağlı istintaq aparılıb.

BAXAR.AZ  xəbər verir ki, keçən ay yekunlaşan məhkəmə işində hesabatın bir hissəsi və cəzaların nədən ibarət olduğu ABŞ-ın "Daily Beast" qəzetində yer alıb.

Hesabatda monastıra aparılmış kimsəsiz uşaqların cinsi kölə kimi istismar edildiyi öz əksini tapıb.

560 səhifəlik hesabatda 1960-1970-ci illər arasında rahibələrin monastırda valideynləri olmayan 175 uşağın müxtəlif iş adamlarına satıldığı, onların övladlığa verilməsinin qadağan edildiyi qeyd olunub. Bildirilib ki, rahiblər uşaqlara yuxu dərmanı verərək onlardan istədikləri məqsədlərə uyğun istifadə ediblər. 

Zərər çəkənlərdən bəzilərinin ifadəsi alınıb, onlar başlarına gələn dəhşətli hadisələri danışıblar.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR