"Fənərbağça" dünyaca məşhur hücumçunu transfer edir

Məsut Özil, İrfan Can Kahveci kimi futbolçuları sıralarına qatan "Fənərbağça" daha bir ulduz oyunçunun keçidini reallaşdırmaq üzrədir.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "sarı larcivərtlilər" "Roma"nın hücumçusu Edin Cekonu rənglərinə bağlamaq niyyətindədir.

"Sky Sports İtalia"nın yazdığına görə, "Roma" klubu bosniya və hersoqovinalı forvardı "İnter"in hücumçusu Aleksis Sançeslə əvəzləyəcək.

Bu təqdirdə Cekonun cari klubundan ayrılacağı istisna deyil.

"Fənərbağça" növbəti transfer pəncərəsində 34 yaşlı futbolçunun keçidini həll etmək üçün hərəkətə keçib


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR