Bu aksizli malların dərəcələri artırıldı - 31 manatdan 35 manata qaldırılır

Bu aksizli malların dərəcələri artırıldı - 31 manatdan 35 manata qaldırılır

Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

BAXAR.AZ Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR