"İnter" Lautaro Martineslə müqaviləni yeniləyir

İtaliya "İnter"inin futbolçusu Lautaro Martines klubla yeni müqavilənin detallarını razılaşdırıb.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter hesabında paylaşım edib.

Onun sözlərinə görə, argentinalı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılacaq. 24 yaşlı forvardın hər mövsüm üçün məvacibi 5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildən "İnter"də çıxış edən Lautaro Martines cari mövsümdə 27 oyun keçirib və 10 qol vurub.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR