Ali Koç Azərbaycanla bağlı xəyalından danışdı

Ali Koç Azərbaycanla bağlı xəyalından danışdı

Bu gün "Fənərbağça"nın yeni transferi Məsut Özilin təqdimat mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, mərasimdə "Fənərbağça"nın prezidenti Ali Koç da yer alıb. 54 yaşlı klub rəsmisi "Fənər"in Azərbaycanda oynamasının xəyalında olduğunu açıqlayıb:

"Azərbaycan - Türkiyə dostluğundan danışmağa ehtiyac yoxdur. Bunu son vaxtlar stadionlarda görürük. Mənim bir xəyalım var: Üç ölkədə oyun keçirmək istəyirəm. Bunlardan biri Azərbaycandır. Mesutun gəlişi ilə bu ölkə oyun keçirmək daha da qiymətli oldu. Onun və "Fənərbağça"nın orada nə qədər çox sevildiyini bilirik. Pandemiya və sıx təqvimin arasına sala bilsək, Azərbaycana getməyi çox istəyirik. Digər iki ölkənin adını açıqlamaq istəmirəm".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR