"Qaz pulu" ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ, 1 ay müddətində...

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

BAXAR.AZ   xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib.


Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə "mavi yanacaq" verilişi avtomatik dayandırılacaq.


"Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq.


30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur", - deyə o qeyd edib.

R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR