Bu klubda məşqçi dəyişikliyi: Rəşad Sadiqov göndərildi - FOTO

Bu klubda məşqçi dəyişikliyi: Rəşad Sadiqov göndərildi - FOTO

“Keşlə” Futbol Klubunun məşqçilər korpusundə dəyişiklik olub.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azər Bağırov komandanın yeni baş məşqçisi Sənan Qurbanovun köməkçisi təyin olunub.

39 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Azər Bağırov daha əvvəl “Qəbələ”, “Turan Tovuz” və MOİK klublarında çalışıb.

Həmçinin, əldə etdiyimiz məlumata görə, oynayan məşqçi kimi Tərlan Əhmədovun baş məşqçi işlədiyi dövrdə komandaya gətirilmiş Rəşad Sadiqovla yollar ayrılıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR