"Fənərbağça" Özilin transferi üçün pul toplamağa başladı

Türkiyənin "Fənərbağça" klubu futbolçu Mesut Özilin transferi üçün azarkeşlərin köməyi ilə pul toplamağı planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə klub prezidenti Ali Koç açıqlama verib. O, "Mesut Ol" kampaniyası başlatdıqlarını diqqətə çatdırıb: "Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".

"Fənərbağça" fanatları "Mesut Ol" kampaniyasına böyük maraq göstəriblər. Onlar MESUTOL yazaraq, 1907-yə 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu qədər qısa mesaj qarşılığında 700 000 türk lirəsi (160 494 manat) yığılıb. Bu yolla 2 milyon avro pul toplanılması nəzərdə tutulub. Klub Özilin formasının satışından da pul qazanmaq niyyətindədir.

Qeyd edək ki, hazırda "Fənərbağça"nın borcu 520 milyon avrodur. Mesut Özillə 2023-cü ilədək rəsmi müqavilə bağlanılacaq.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR