SON DƏQİQƏ! Azad Rəhimovun xəstəliyinin adı bilindi

SON DƏQİQƏ! Azad Rəhimovun xəstəliyinin adı bilindi

Səhhətində ciddi problemlər yaranan Gənclər və İdman naziri Azad Rəhimovun hansı xəstəlikdən əziyyət çəkməsi və həyatı risklərin olub-olmaması günün mövzusudur.

BAXAR.AZ xəbər verir ki, nazirin dəqiq hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat olmasa da, onunla əlaqə saxlayan şəxslərin açıqlamalarına, eləcə də müalicə olunduğu xəstəxananın hansı sahə üzrə ixtisaslaşdığına nəzər yetirsək, dəqiq nəticə əldə etmək olar.

Dünən nazirin komaya düşdüyü barədə məlumat yayıldıqdan sonra Əməkdar artist Bəhrəm Bağırzadə onunla telefonla danışdığını və vəziyyətinin yaxşı olduğöunu bildirdi. Onun sözlərinə görə, nazir ağciyərlərinin müalicəsi ilə məşğuldur. Bu gün isə Report informasiya agentliyi nazirin hansı xəstəxanada müalicə olunduğunu açıqlayıb: “Nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.

Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb”.

Aydın görünür ki, nazir ağciyər xəstəliyindən əziyyət çəkir, vəziyyəti ağırdı və onkoloji xəstəxanaya köçürülüb.
Yəni nazir ağıciyər xərçəngi ilə mübarizə aparır. Belə olduqda, nazirin müalicəsi nə dərəcədə effektiv ola bilər, bu xəstəlikdən qurtulmaq mümkündürmü?

  Bu xəstəliklə bağlı məlumatları diqqətinizə çatdırır:

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur.
Ağciyər xərçəngi kişilərdə ən çox ölümə səbəb olan birinci, qadınlarda isə ikinci xərçəng növüdür.
Azərbaycanda eyni vəziyyətdir: Daha çox kişilərdə müşahidə edilən bu xəstəlik qadınlarda 20-30 faiz nisbətində görülə bilər.
Tütün məhsulları, sənaye məhsulları (uranium, radiasiya, asbest), atmosferin çirklənməsi, qidalanma çatışmazlıqları xərçəngin yaranmasında rol alan amillərdəndir. Son araşdırmalara görə ağciyər xərçəngi riskini artıran ən vacib amil kanserogen maddələrin uzun müddətli tənəffüs edilməsidir.

Ağciyər xərçənginin ən çox müşahidə edilən simptomları nəfəs daralması, öskürək (qanlı öskürək - hemoptizis də daxil) və çəki itkisidir. Bu simptomlar sadəcə ağciyər xərçənginə xas olmadığından xərçəng diaqnozu qoyulması gecikə bilər. Ağciyər xərçəngi döş qəfəsi rentgeni və kompüter tomoqrafiyası ilə görülə bilər. Dəqiq diaqnoz biopsiya ilə qoyulur.

Müalicə və proqnozu müəyyən edən amillər xərçəngin histoloji tipi, xərçəngin mərhələsi və xəstənin ümumi vəziyyətidir. Ağciyər xərçənginin bir çox histoloji alt tipləri olmasına baxmayaraq klinikada, adətən, kiçik hüceyrəli və kiçik olmayan hüceyrəli ağciyər xərçəngi olmaq üzrə iki başlıqda araşdırılır, çünki müalicədə gediləcək yol bu qruplaşmadan asılıdır. Kiçik hüceyrəli ağciyər xərçəngi müalicəsində kimyaterapiya və radioterapiyaya üstünlük verilir. Kiçik olmayan hüceyrəli xərçənglərdə ilk seçim cərrahiyyədir.
Ağciyər xərçənginin müşahidə nisbəti yaş artdıqca artır, çox vaxt 50-70 yaşlarında müşahidə olunur. Ağciyər xərçəngi erkən dövrlərdə beş illik sağ qalma qabiliyyəti 60-70 faiz, sonrakı dövrlərdə bu nisbət 5 faizdən də aşağı olur.

Ağciyər xərçəngi 20-ci əsrin əvvəlində nadir bir xəstəlik idi, bu gün isə hər iki cinsdə də xərçəng ölümlərin başında yer alır.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR