"Peyvəndlə bağlı yayılan videolar əsassızdır" - Vasif İsmayıl

Məlumdur ki, yanvarın 18-dən etibarən ölkədə COVID-19 əleyhinə vaksinasiyaya start verilib. Və elə həmin gün səhiyyə naziri Oqtay Şirəliyev, həmçinin TƏBİB sədri Ramin Bayramlı başda olmaqla ilkin olaraq səhiyyə işçiləri arasında peyvəndləmə başlayıb.

Mütəxəssislər prosesin başlanması ilə tezliklə ölkədə virusa yoluxmanın qarşısının alınacağını desələr də, hələ də insanlar arasında peyvəndə qarşı bir inamsızlıq hökm sürür. İnternet resurslarında bununla bağlı yayılan video və informasiyalar isə əhalinin çaşqınlığını birə-beş artırır.

“CoronoVac” peyvəndinin Çinin “SinoVac” şirkəti tərəfindən istehsal edildiyi əsas gətirilən bəzi videolarda CİP-lə bağlı iddialar da səsləndirilir.

Konkret.az bunu nəzərə alaraq, artıq peyvənd olunan tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın fikirlərini öyrənib. V.İsmayıl deyilənləri qəti şəkildə rədd edərək bildirib ki, “bunlar heç bir əsası olmayan axmaq və boş-boş fikirlərdir. Buna şərh vermək belə gərəksizdir”.

Həkim bu gedişlə virusdan tam olaraq nə vaxt qurtulmağın mümkünlüyü sualına da aydınlıq gətirib: “Əgər əhalinin 60%-i peyvəndlənmiş olsa, o zaman biz Azərbaycanda “epidemiyadan qurtulduq” deyə bilərik. Yəni 2019-cu ilin normativi olmayacaq, amma nisbətən normal həyatımza qayıda biləcəyik. Odur ki, əgər karantin rejimindən qurtulmaq istəyiriksə, peyvəndlənməyə getmək məcburiyyətindəyik”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR