SON DƏQİQƏ! Bakıda etiraz aksiyası keçirildi

SON DƏQİQƏ! Bakıda etiraz aksiyası keçirildi

Bakıda növbəti etiraz aksiyası keçirilib.

BAXAR.AZ xəbər verir ki, bu gün 70-ə yaxın "Sovetski" sakini Maliyyə Nazirliyinin önünə toplaşıb. BAXAR.AZ-a danışan sakinlər bildiriblər ki, 2015-ci ildə evləri sökülüb və kompensasiyalar tam ödənilməyib. Bu səbəbdən də növbəti dəfə Maliyyə Nazirliyinə üz tutublar. Nazirlikdən 5 nəfər sakinlə görüşüblər. Sakinlərə deyilib ki, kompensasiyaları düzgün şəkildə ödənilməyibsə, məhkəməyə müraciət etsinlər.

Sakinlər qeyd edib ki, kompensasiyalarını alana qədər dayanmayacaqlar. Eyni zamanda, sakinlər KİV vasitəsilə ölkə başçısından köməklik istəyir.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı gəlib. Etiraz aksiyası insidentsiz başa çatıb.

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR