Qarabağ qazisi: “Susuzluğumu yatırmaq üçün öz qanımı ovuc-ovuc içirdim” - VİDEO

Qarabağ qazisi: “Susuzluğumu yatırmaq üçün öz qanımı ovuc-ovuc içirdim” - VİDEO

“Xocalı Soyqırımı ilə bağlı görüntülərə baxanda pis olurdum, artıq intiqamımı aldım”.

 

 BAXAR.AZ  xəbər verir ki, bu sözləri 44 günlük Vətən Müharibəsində öz igidliyi ilə seçilən qazi Ruslan Əliyev deyib.

 

2016-cı il Aprel döyüşləri və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan qazi Ruslan Əliyevin uğrunda vuruşduğu bölgələrimizə əvvəllər yolu düşməsə də, ən böyük arzusu məhz işğalda olan torpaqlarımızın düşməndən azad edilməsində iştirak etmək olub.

 

Uğurlu Daşaltı əməliyyatında iştirak edən Ruslan Əliyev döyüşlər zamanı ikinci dəfə daha ağır yaralandığına görə məcburi təxliyə olunub.

 

Ağcabədi xəstəxanasında 3 dəfə əməliyyat olunan Ruslanın vəziyyəti artıq yaxşılaşsa da, iki ay sonra yenidən əməliyyat olunmalıdır.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR