20 YANVAR GÜNÜ ŞƏHİD AİLƏSİNİ 2 KQ MAKARONLA ƏLƏ SALDILAR- RÜSVAYÇILIĞIN SON HƏDDİ

20 YANVAR GÜNÜ ŞƏHİD AİLƏSİNİ 2 KQ MAKARONLA ƏLƏ SALDILAR- RÜSVAYÇILIĞIN SON HƏDDİ

ÇOX HÖRMƏTLİ PREZİDENT!

MƏN 5-Cİ DƏFƏ İDİ Kİ, 8 YANVARDA  BİR ŞƏHİD ANASI OLARAQ MƏNZİL MƏSƏLƏSİNƏ GÖRƏ SİZƏ MÜRACİƏT ETMİŞDİM. DÜNƏN ƏƏSSMN ŞƏKİ RAYON ŞÖBƏSİNDƏN BİLDİRDİLƏR Kİ, BİZ KİMİK Kİ, SİZİN MƏNZİL MƏSƏLƏNİZİ HƏLL EDİRİK, NƏ VAXT NAZİRLİK BİR QƏRAR VERƏR, O ZAMAN PROBLEMİNİZ HƏLL OLAR. 27 İLDİR Kİ, SİZİN TƏYİN ETDİYİNİZ AYLIQ 300 MANAT ŞƏHİDLİK PENSİYASINDAN BAŞQA HEÇ BİR İMTİYAZDAN İSTİFADƏ ETMƏMİŞƏM, NƏ DƏ BİR ŞƏHİD AİLƏSİ OLARAQ BU VAXTA QƏDƏR MƏNİM AİLƏMLƏ MARAQLANAN OLMAYIB, İSTƏR PANDEMİYA, İSTƏRSƏ DƏ MÜHARİBƏ DÖVRÜNDƏ. DÖVLƏTDƏN YEGANƏ İSTƏYİM 1 MƏNZİL ALIB 9 NƏFƏRDƏN İBARƏT ÖVLADLARIMI BİR YERƏ YIĞIB ÖMRÜMÜN SON GÜNLƏRİNİ YAŞAMAQDIR. BU GÜN 20 YANVARDA SƏHƏR QAPIMIZI DÖYDÜLƏR, OĞLUMA BİR 5 kq-lıq BAĞLAMA GƏTİRMİŞDİLƏR ŞƏKİ İCRA HAKİMİYYƏTİ TƏŞKİL EDİBMİŞ.BAĞLAMADA 2 kq MAKARON, 1KQ UN, 1kq QƏND OLDUĞU BİLDİRİLDİ, OĞLUM NÜMAYƏNDƏDƏN BAĞLAMANI GÖTÜRMƏYİ RƏDD ETDİ.

CƏNAB PREZİDENT,XAHİŞ EDİRƏM YERLİ MƏMURLARINIZI BAŞA SALASINIZ Kİ, ƏGƏR SON 27 İLDƏ KİMSƏ ŞƏHİD AİLƏSİNİ YADA SALMAYIB BU GÜN 20 YANVARDA QAPIMI ŞİKAYƏT YAZANDAN SONRA AÇIRSA,BU MƏDƏNİYYƏTSİZLİKDİR, MƏN MAKARON YOX, HAQQIM OLAN MƏNZİLİ İSTƏMİŞƏM, ƏVVƏL İSƏ ŞƏKİ İH SƏLAHİYYƏTLİLƏRİ UTANMADAN MƏNƏ HƏDƏ NOTASI GÖNDƏRMİŞDİLƏR Kİ, ELƏ ETMƏSİN Kİ, EV ÜZÜ GÖRSÜN,YOXSA PİS OLACAQ!   

CƏNAB PREZİDENT XAHİŞ EDİRƏM MƏNİM MƏSƏLƏMİ ŞƏXSİ NƏZARƏTİNİZDƏ SAXLAYASINIZ, BUNLARA QALSA, MƏN ÜMİDİMİ ÜZMƏLİYƏM.        

HÖRMƏTLƏ, ŞƏHİD ANASI,MƏFKURƏ ƏBDÜRƏHİMOVA

 20 YANVAR 2021-ci il


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR