Qar nə vaxt kəsiləcək?

Qar nə vaxt kəsiləcək?

"Artıq bu gün Aralıq dənizi siklon ölkəmizi tədricən tərk edəcək”.
 
  BAXAR.AZ    xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
 
O qeyd edib ki, qərb rayonlarında yağıntılar günün birinci yarısında, şərq rayonlarında isə axşam kəsiləcək:
 
"Sabah hava yağmursuz olacaq, lakin havanın ayaz keçməsinə görə şaxtalı olacaq. Bakıda bu gecə 0-2 dərəcə şaxta, aran rayonlarda 2-7 şaxta, dağlıq bölgədə 10-15, yüksək dağlıqda 18-23 dərəcə şaxta olacaq”.

Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR