"İcra başçısı özünə hörmət eləmir"

Azərbaycanda dövlət strukturlarının, məmurlarının dövlət dilinə qarşı hörmətsizliyi adi hala çevrilib.

BAXAR.AZ xəbər verir ki, növbəti belə hal Goranboy rayonunda baş verib. Goranboy Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdən yazılmış məlumat Azərbaycan dilinin "anasını ağladıb". Mətbuat nümayəndələri ilə danışıq tərzini bilməyən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı nə özünə, nə rayon əhalisinə, nə də oxuculara hörmət etmədən 2 "cümlə"ni öz danışıq tərzində rayonun rəsmi internet saytında yerləşdirtdirib. Orfoqrafik səhvlərlə dolu olan bu 2 "cümlə"də az qala hər sözdə səhv var. Dövlət büdcəsindən hər ay milyonlarla manatın ayrıldığı bir qurumda bu qədər savadsız, keyfiyyətsiz şəxslərin çalışması onların öz işlərindəki peşəkarlıq səviyyəsini də göstərir.

Sonda qeyd edək ki, "BAXAR.AZ" komandasında fəaliyyət göstərən bir qrup gənc olaraq Goranboy Rayon İcra Hakimiyyətinin başçısı başda olmaqla bütün kollektivinə Azərbaycan dilində düzgün yazmağı və oxumağı öyrətməyi təklif edirik.

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR