"Qalatasaray" azarkeşlərindən pul yığır

 Türkiyənin "Qalatasaray" klubu ianə kampaniyası başladıb.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytı məlumat yayıb. "Sarı-qırmızılar"ın prezidenti Mustafa Cengiz bununla bağlı açıqlama verərək özünün və vitse-prezident Abdurrahim Albayrakın hərəsinin kluba 500 000 TL məbləğində pul bağışladığını bildirib. "Aslan kimi sponsor" adı altında start verən ianə kampaniyasına pul köçürmək üçün "Qalatasaray"ın rəsmi səhifəsində hesablar paylaşılıb.

 Qeyd edək ki, dünən Türkiyə klubunun 6 aylıq gəlirlərinin 60% azaldığı açıqlanmışdı.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR