Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı AÇIQLANDI

Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı AÇIQLANDI

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda 32 min 437 nikah qeydə alınıb.

 BAXAR.AZ    açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 12 min 127-si ötən ilin ilk 3 ayında, 20 min 310-i isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-noyabr aylarında qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında nikahların sayı əvvəlki ilin yanvar-noyabr aylarındakından təxminən 2 dəfə az olub. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 58 min 317 nikah bağlanıb.

Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-noyabr aylarında 9 min 616 boşanma qeydə alınıb. Karantin rejimindən əvvəlki ilk 3 ayda  3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında boşanmaların sayı əvvəlki ilin yanvar-noyabr aylarındakından az olub. Belə ki, 2019-cu ilin yanvar-noyabrt aylarında Azərbaycanda 15 min 635 boşanma qeydə alınıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR