"Qalatasaray"ın hücumçusuna İngiltərədən şok təklif

"Qalatasaray"da bu mövsüm göstərdiyi performansla diqqətləri üzərinə çəkən Mbaye Diagneyə İngiltərə klubundan təklif var.

Offsideplus.az SkySports-a istinadən xəbər verir ki, "Vest Bromviç" 29 yaşlı hücumçu üçün Türkiyə təmsilçisinə rəsmi təklif göndərib. Mövsümün sonunadək icarə təklif edən "Bromviç" seneqallı futbolçu üçün 2 milyon avro təklif edib. Hazırda turnir cədvəlində sondan ikinci olan komanda liqada qalarsa, Diagneni 8 milyon avroya birbaşa satın alacaq.

Təklifin "Cim-Bom" rəhbərliyini maraqlandırdığı bildirilir.

Qeyd edək ki, 2019-cu ildən "Qalatasaray"a keçən Mbaye Diagne ötən mövsümü "Klub Brüqqe"də keçirəndən sonra, yenidən "sarı-qırmızılar"a qayıdıb. 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR